“Qarabağ” “Benfika”nı səfərdə məğlub edib

İdman

17.09.2025 - 00:59

Ağdam klubu Lissabondan qələbə ilə qayıdır

UEFA Çempionlar Liqasında Liqa mərhələsinə start verilib. AYNA.AZ xəbər verir ki, Ağdamın “Qarabağ” klubu səfərdə “Benfika”nın qonağı olub.

Qurban Qurbanovun yetirmələri ilkin olaraq hesabda 2:0 geri düşsə də, 90 dəqiqənin sonunda geridönüş etməyi bacarıb – 2:3.

Ev sahiblərinin heyətində qolları Entso Barrenetsea və Vangelis Pavlidis vurub.

“Qarabağ”ın heyətində isə Leandro Andrade, Kamilo Duran və Aleksey Kaşuk fərqlənib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş