“Qarabağ” “Bayer 04” azarkeşləri üçün 400 bilet ayırıb

İdman

04.03.2024 - 20:23

“400-ə yaxın azarkeşin Bakıya gələcəyi gözlənilir”

UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək “Qarabağ” - “Bayer 04” matçı üçün Almaniyadan gələcək azarkeşlərə 400 bilet ayrılıb. AYNA xəbər verir ki, bu barədə ”Report”a “Qarabağ” klubunun mətbuat katibi Anar Hacıyev bildirib.

“400-ə yaxın azarkeşin Bakıya gələcəyi gözlənilir. Bakıdakı oyun üçün Almaniya klubu 400 bilet sifariş verib”, - deyə Ağdam klubunun rəsmisi bildirib.

Anar Hacıyev Almaniya klubunun Bakıya səfər planını da açıqlayıb: “Leverkuzen təmsilçisi martın 6-da, axşam radələrində Bakıya gələcək. Komanda “Hilton” hotelində məskunlaşacaq”.

“Qarabağ” klubunun rəsmisi bilet satışı ilə bağlı da məlumat verib: “Bilet satışı yekunlaşmaq üzrədir. Böyük ehtimalla martın 6-na qədər bütün biletlər satılacaq. Satışla bağlı dəqiq rəqəmlər gün ərzində klubun sosial şəbəkə səhifələrində paylaşılacaq”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Bayer 04” görüşü martın 7-də, saat 21:45-də başlayacaq. Tərəflər arasında cavab görüşü bundan bir həftə sonra Leverkuzen şəhərində reallaşacaq.

Müəllif: Ayna.az