"Qalatasaray" Almaniya təmsilçisinə 500 min avro icarə haqqı ödəyəcək
Türkiyənin "Qalatasaray" klubu yeni transferini rəsmən açıqlayıb.
AYNA xəbər verir ki, İstanbul təmsilçisi "Leyptsiq"in futbolçusu Marselo Saraççinin keçidini rəsmiləşdirib.
Uruqvaylı sol cinah müdafiəçisi 1.5 il müddətinə icarə əsasında "Cim-Bom"da çıxış edəcək. "Qalatasaray" Almaniya təmsilçisinə 500 min avro icarə haqqı ödəyəcək.
Qeyd edək ki, M.Saraççi yeni klubunda ümumilikdə 2 milyon 500 min avro qazanacaq.