Erməni idmançı Rusiyada Azərbaycanı təmsil edib – <font color=red> VİDEO</font>

İdman

21.08.2019 - 12:20

Federasiya: Məşqçi idmançının erməni əsilli olmasından xəbərsiz olub

 

Azərbaycanlı qılıncoynadanlar tez-tez xarici ölkələrdə yarışlara qatılırlar. Onlar dünya, Avropa kimi mötəbər yarışlarla yanaşı, beynəlxalq turnirlərdə də özlərini sınayırlar.

 

İdmançılarımız bu il ərzində də bir neçə beynəlxalq turnirdə iştirak ediblər. Həmin yarışlardan biri - bu ilin may ayında Rusiyanın Rostov şəhərində keçirilən, 14-17 yaşlı idmançılar arasında açıq çempionat olub.

 

Sözügedən yarışda qılıncoynadanlarımız uğurlu nəticə göstərərək medallar qazanıblar, bayrağımızı qaldırıblar. Və maraqlısı odur ki, bu turnirdə bizi təmsil edənlər sırasında Robert Sergeyeviç Axverdov da olub.

 

AYNA idmançının sənədlərini əldə edib. Məlum olub ki, yeniyetmə idmançı Osetiyada doğulsa da, əslən ermənidir. Yəni erməni əsilli qılıncoynadan Azərbaycanın adından həmin çempionatda çıxış edib, medal qazanıb və bayrağımızı qaldırıb.

Təranə Xudabaxşiyeva