Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

Xəbərlər

06.08.2025 - 16:51

Polis tərəfindən 2 avtomat silahı, 4 tüfəng və 15 ədəd patron götürülüb

Avqustun 5-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 4 tüfəng və 15 ədəd patron aşkarlayaraq götürüblər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA.AZ-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş