Qanunsuz saxlanılan 4 tüfəng aşkar edilərək götürülüb

Xəbərlər

06.12.2023 - 10:00

Silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, dekabrın 5-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd avtomat, 2 ədəd tapança, 1 patron darağı, 435 ədəd müxtəlif çaplı patron və 18 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.

Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 4 tüfəng aşkar edilərək götürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş