Qanunsuz ov edən şəxslər cəzalandırılıb

Xəbərlər

29.12.2020 - 14:55

Həkimlər Klinikalar SEO Xidməti

Qanun pozucuları barəsində protokol tərtib edilib

 

Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Zaqatala, Oğuz, İsmayıllı, Şabran və Qusar rayonlarının inzibati ərazilərində qanunsuz ov edən şəxslər saxlanılıb. AYNA xəbər verir ki, bu barədə xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib.

 

O qeyd edib ki, araşdırma zamanı brakonyerlərin Zaqatala rayon sakini Fərman Bayramov, Oğuz rayon sakinləri Sarvan İbrahimov, Samir Babayev, Sərxan Babayev, İsmayıllı rayon sakinləri Yasin Mirzəliyev,  İsmayıl Bağıyev, Şabran rayon sakinləri Elvin Orucov, Yavər İbrahimov, Qusar rayon sakini Aqil Ağayev olduğu müəyyən edilib. Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və hər biri qanunamüvafiq qaydada cərimə olunub.

 

“Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ilə birgə keçirilmiş növbəti tədbirlər zamanı isə Qaradağ rayonunun Xəzər dənizi akvatoriyasında qanunsuz balıq ovlayan Qobustan qəsəbə sakini Gülverdi Hacıxanov saxlanılıb və barəsində protokol tərtib edilərək cərimələnib”, - deyə B.Məhəmmədov vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş