"Covid-19 -un ölkədə yayılmasının qarşısının alınması ilə bağlı vəziyyət ölkə rəhbərinin və xanımının nəzarəti altındadır"
“Ölkənin birinci xanımı Mehriban Əliyevanın çağırışından sonra donorların sayı artıb”.
AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti (NK) yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyəyinin sədri Ramil Bayramov deyib.
Onun sözlərinə görə, Covid-19 -un ölkədə yayılmasının qarşısının alınması ilə bağlı vəziyyət ölkə rəhbərinin və xanımının nəzarəti altındadır.
“Bildiyimiz kimi, qan xəstəliyi olan insanların bu aralar qana ehtiyacı vardı. Qan Bankında lazımı qan ehtiyatımız azalmışdı. Amma Birinci vitse-prezident M.Əliyevanın çağırışından sonra H.Əliyev Mərkəzində son günlər çox sayda donorlarımız gəlir. Hətta donor sayı çox olduğundan qan alma prosesində növbələr yaranır. Buna sevinirik. Bütün qan xəstələri adından donorlara təşəkkrür edirik. İndi Qan Bankında kifayət qədər qan ehtiyatımız toplanıb”, - deyə R.Bayramov vurğulayıb.