“Bavariya” və “Yuventus” 1/8 finalda - <font color=red> FOTOLAR</font>

İdman

07.11.2019 - 01:41

Qollara Robert Levandovski və İvan Perişiç imza atıb

 

UEFA Çempionlar Liqasında 1/8 finala adlayan ilk iki komandanın adı müəyyənləşib. AYNA xəbər verir ki, "Bavariya" doğma azarkeşləri önündə "Olimpiakos"u 2:0 hesabı ilə məğlub edərək bu hüquqa yiyələnib.

 

Münhen təmsilçisinə qələbə qazandıran qollara Robert Levandovski və İvan Perişiç imza atıb.

 

D qrupunda isə "Yuventus" səfərdə "Lokomotiv" üzərində 2:1 hesablı qələbə qazanıb. "Yuventus"un qollarına  Remsi və Kosta imza atıb. Meydan sahiblərindən isə Mirançuk fərqlənib. Bu qələbədən sonra xallarının sayını 10-a çatdıran Turin təmsilçisi də 1/8 finala adlayıb.





 
Müəllif: Ayna.az