1/8 final oyunları iki hissəyə bölünəcək
Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cütləri bilinib. AYNA-nın xəbərinə görə, 16 komandanın rəqibləri bilinib.
Qeyd edək ki, 1/8 final oyunları iki hissəyə bölünəcək. 16-17 və 23-24 fevralda ilk oyunlar baş tutacaq. Cavab oyunları 9-10 və 16-17 martda keçiriləcək.
Çempionlar Liqasının 1/8 final mərhələsinin cütləri:
“Borusiya” (Mönxenqladbax, Almaniya) – “Mançester Siti” (İngiltərə)
“Latsio” (İtaliya) – “Bayern” (Almaniya)
“Atletiko” (İspaniya) – “Çelsi” (İngiltərə)
“Leypsiq” (Almaniya) – “Liverpul” (İngiltərə)
“Portu” (Portuqaliya) – “Yuventus” (İtaliya)
“Barselona” (İspaniya) – PSJ (Fransa)
“Atalanta” (İtaliya) – “Real” (İspaniya)
“Sevilya” (İspaniya) – “Borrusiya” (Dortmund, Almaniya)