“Qalatasaray” – “Fənərbağça” matçı baş tutmadı

İdman

08.04.2024 - 02:35

Federasiya oyunun nəticəsi ilə bağlı qərar verəcək

Türkiyə Superkubokunun finalı - “Qalatasaray” – “Fənərbağça” matçı baş tutmayıb. AYNA xəbər verir ki, “Fənərbağça” oyunu yarımçıq tərk edib.

Türkiyə Futbol Federasiyasının qərarları ilə razılaşmayan “Fənərbağça” oyuna U-19 komandası ilə çıxıb. Birinci dəqiqədə “Qalatasaray” hesabı Mario İkardinin qolu ilə açdıqdan sonra “sarı lacivərdlilər” meydanı tərk ediblər.

Qeyd edək ki, Federasiya oyunun nəticəsi ilə bağlı qərar verəcək.

Müəllif: Ayna.az