Qalada yük maşını qatara çırpılıb

Hadisə

27.02.2026 - 16:48

Hadisə nəticəsində bir nəfər ölüb

Bakıda qatarla su daşıyan yük avtomobilinin toqquşması nəticəsində sürücü ölüb. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunun Qala Qəsəbəsində baş verib.

Məlumata görə, qəsəbə ərazisində qorunmayan keçiddə Biləcəri lokomotiv deposuna məxsus tərkibində 38 ədəd boş qoşqulu çən olan elektrovozla Şərur rayon sakini 1981-ci il təvəllüdlü Rövşən Sultanovun idarə etdiyi “KamAZ” markalı su çəni daşıyan yük avtomobili toqquşub.

R.Sultanov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş