Qadın millimiz finala vəsiqə qazanıb

İdman

18.06.2023 - 23:37

Finalda komandamızın rəqibi İrlandiya - Lüksemburq cütünün qalibi olacaq

“3x3” basketbol üzrə qadın milli komandamız Avropa kubokunun seçmə mərhələsinin yarımfinal oyununda Malta komandası üzərində 11-10 hesablı qələbə qazanaraq finala vəsiqə qazanıb.

AYNA xəbər verir ki, finalda komandamızın rəqibi İrlandiya - Lüksemburq cütünün qalibi olacaq.

Final oyunu Bakı vaxtı ilə saat 19:45 -də başlayacaq.

Müəllif: Ayna.az