İdmançının atası Moskvadakı xəstəxanalardan birində müalicə alır
UFC çempionu Həbib Nurməhəmmədovun atası və məşqçisi Əbdülmanap Nurməhəmmədov koronavirusa yoluxub.
AYNA xəbər verir ki, bu barədə idmançının özü "Instagram" hesabında məlumat verib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, Ə.Nurməhəmmədov bir müddət əvvəl Moskvadakı xəstəxanalardan birinə yerləşdirilib.