Günay Qurbanova millini medalsız qoymayıb
Serbiyanın Novi Sad şəhərində U-23 dünya çempionatı davam edir. AYNA.AZ "Report"a istinadən xəbər verir ki, yarışın 6-cı günündə qadın güləşi üzrə mübarizəyə yekun vurulub.
18 yaşlı Günay Qurbanova (59 kq) millini medalsız qoymayıb. Perpsektivli güləşçi italiyalı Aurora Russoya "tuş"la qalib gələrək dünya üçüncüsü olub.
İki sərbəst güləşçimiz isə fəxri kürsüyə qalxmaq şansını əldən verib. Maqomed-Başir Xaniyev (74 kq) medalın bir addımlığında almaniyalı Manuel Vaqinə (4:8), Sadiq Mustafazadə (92 kq) isə təsəlliverici görüşdə özbəkistanlı Şirzad Poyonova (tuş) məğlub olub.