Geri qaytarılan artefaktlar birgə beynəlxalq araşdırmalar nəticəsində bərpa edilmiş mədəni irsin mühüm nümunələridir
Nyu Yorkda keçirilən repatriasiya mərasimində Türkiyədən qaçaqmalçılıq yolu ilə çıxarılan 41 tarixi əsər Türkiyəyə qaytarılıb.
AYNA.AZ TRT-yə istinadən bildirir ki, dəyəri 8 milyon dollardan çox olan 41 tarixi əşya Türkiyə tərəfinə qaytarılıb.
Mərasimdə qeyd olunub ki, geri qaytarılan artefaktlar birgə beynəlxalq araşdırmalar nəticəsində bərpa edilmiş mədəni irsin mühüm nümunələridir.