Müharibə başladı: İran şəhərləri bombalanıb - “Qabaqlayıcı hücum”

Dünya

28.02.2026 - 11:19

Əməliyyat 4 gün davam edəcək: Pezeşkian və Xameneyi Tehranda deyil

İsrailin müdafiə naziri İsrael Katz İsrailin İrana qarşı “qabaqlayıcı hücum” başlatdığını açıqlayıb. Bu barədə AYNA.AZ “Reuters”ə istinadən bildirir.

Müdafiə naziri deyib ki, "İsrail İrana qarşı qabaqlayıcı hücum həyata keçirib. İran İsrailə raket və pilotsuz təyyarə zərbəsi endirəcəkdi".

İranın “Tasnim” xəbər agentliyinin məlumatına görə, Tehranda ən azı iki partlayış baş verib. Şahidlər səmada qatı tüstü olduğunu bildiriblər.

Bu arada, İsrail mümkün raket hücumuna qarşı həyəcan siqnalı verib. “RİA Novosti”nin məlumatına görə , uzun müddətdən sonra ilk dəfə Təl-Əvivdə hava hücumu sirenləri səslənib. Hakimiyyət orqanları həmçinin sakinlərə "təhlükəsizlik vəziyyəti ilə əlaqədar" təhlükəsiz ərazilərə yaxın qalmağı tövsiyə edən mesaj göndərib.

Daha əvvəl bildirilmişdi ki, ABŞ hakimiyyəti İranla yenidən müharibə təhlükəsi səbəbindən Amerika vətəndaşlarını təcili olaraq İsraili tərk etməyə çağırıb.

ABŞ-ın İslam Respublikasına hücumda iştirakı ilə bağlı məlumatlar ortaya çıxıb. Bu məlumatı İsrail Müdafiə Nazirliyinin sözçüsü təsdiqləyib. Onun sözlərinə görə, əməliyyat aylardır planlaşdırılırmış və başlama tarixi bir neçə həftə əvvəl təyin olunub.

Məlumatlara görə, İran Prezidenti Məsud Pazeşkianın iqamətgahına, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat qərargahına və Tehrandakı hava limanına zərbələr endirilib. Pazeşkianın özünün artıq şəhərdə olmadığı bildirilir. Ali Lider Əli Xameneyi də Tehranda deyil; o təhlükəsiz yerə aparılıb.

Qeyd edək ki, İran və İsrail hava məkanlarını bağlayıblar. İsrail Tehranın cavab addımını gözləyərək fövqəladə vəziyyət elan edib. Məktəblərdə dərslər ləğv edilib. İnsanlardan sığınacaqlara yerləşmək istənib.

Tehranın şərqində və qərbində mobil telefon xətləri sıradan çıxıb, bəzi ərazilərdə internet xidməti zəifdir. Partlayışlar ölkənin nüvə mərkəzlərindən birinin yerləşdiyi İsfahan şəhərində, eləcə də İranın Lorestan əyalətində, Təbriz, Qum, Kərəc və Kirmanşah şəhərlərində də baş verib.

ABŞ İsrailə endirəcəyi zərbələrin hədəfini açıqlayıb. Bildirilib ki, hava hücumları İranın təhlükəsizlik sistemini sarsıtmaq məqsədi daşıyır. Bu hücumun 2025-ci ilin iyun ayında baş verən hücumdan daha geniş miqyaslı olacağı gözlənilir. Adı açıqlanmayan ABŞ rəsmisi “Reuters”ə deyib ki, "onlarla Amerika hücumu Yaxın Şərqdəki bazalarda yerləşən hücum təyyarələri, eləcə də bir və ya daha çox təyyarədaşıyan gəmi tərəfindən həyata keçirilir".

Adı çəkilməyən İsrail rəsmisinin sözlərinə görə, ABŞ-İsrail birgə hücumları ən azı dörd gün davam edəcək. Əməliyyat bir neçə mərhələdə planlaşdırılır.

“Tehran sabah fərqli görünəcək”, deyə adı açıqlanmayan İsrail rəsmisi deyib və bildirib ki, İsrail və ABŞ-ın İrana hücumları ABŞ Prezidenti Donald Trampın nüvə danışıqlarından məyus olmasından sonra baş verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş