Putindən 2024-cü ildə keçiriləcək prezident seçkiləri barədə AÇIQLAMA

Dünya

21.02.2023 - 14:58

cedabet dərman SEO Xidməti

Rusiya Prezidenti: “2024-cü ildə Rusiyada prezident seçkiləri qanunvericiliyə uyğun keçiriləcək”

2024-cü ildə Rusiyada prezident seçkiləri ciddi və qanunlara uyğun formada keçiriləcək. AYNA xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciəti zamanı deyib.

“Bu ilin sentyabrında yerli və regional hakimiyyət orqanlarına seçkilər və 2024-cü ildə keçiriləcək prezident seçkiləri ciddi şəkildə qanunvericiliyə uyğun, bütün demokratik və konstitusiya prosedurlarına riayət olunmaqla keçiriləcək”, - dövlət başçısı bildirib.

Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Putin hələ 2024-cü ildə prezidentliyə namizəd olub-olmayacağı ilə bağlı qərar qəbul etməyib. Putin də öz növbəsində bəyan edib ki, onun yeni müddətə seçilmək hüququna malik olması Rusiyada vəziyyəti sabitləşdirəcək. Bununla belə, o əlavə edib ki, seçkilərdə namizəd olub-olmayacağına hələ qərar verməyib.

Qeyd edək ki, Rusiyada növbəti prezident seçkiləri 2024-cü ilin martında keçirilməlidir. Federasiya Şurası səsvermə gününə 100 gündən gec olmayaraq və ən geci 90 gün qalmış seçkinin təyin edilməsi barədə qərar qəbul etməlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş