Avrasiya İqtisadi Birliyinin sammitinin nəticələri də müzakirə edilib
Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. AYNA.AZ xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Bildirilib ki, "Rusiya Prezidenti Vladimir Putin telefon danışığı zamanı Ermənistanın Baş naziri Nikol Paşinyanı ad günü münasibətilə təbrik edib".
Liderlər telefon danışığı zamanı 29 mayda Astanada keçirilən Avrasiya İqtisadi Birliyinin sammitinin nəticələri də müzakirə edilib.