Putin Ukrayna vilayətlərinin ilhaqına dair "qanunları" imzalayıb

Dünya

05.10.2022 - 13:59

Həkimlər Klinikalar SEO Xidməti

Sənədlər Rusiyanın hüquqi məlumatlarının rəsmi internet portalında dərc olunub

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın işğal olunmuş dörd bölgəsinin - Donetsk, Luqansk, Xerson və Zaporojyenin "Rusiya Federasiyasına qəbul edilməsi haqqında" Dövlət Duması və Federasiya Şurasının bir gün əvvəl qəbul etdiyi qanunları imzalayıb.

AYNA xəbər verir ki, bu gün sözügedən sənədlər ölkənin hüquqi informasiyalarının rəsmi internet portalında dərc olunub.

İndi ilhaq olunmuş Ukrayn a əraziləri rəsmi olaraq “Rusiyanın əraziləri” hesab olunur. Vilayətlərin sakinləri bir ay ərzində keçmiş vətəndaşlıqlarını saxlamaq istəkləri barədə ərizə təqdim etməsələr, avtomatik olaraq Rusiya Federasiyasının vətəndaşı olacaqlar.

Heç bir beynəlxalq hüquq normalarına uyğun olmayan, psevdoreferendumlar əsasında həyata keçirilən bu “birləşmə”lər nə Ukrayna, nə də beynəlxalq ictimaiyyət tərəfindən tanınır.

“Birləşmə”dən sonra Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın NATO-ya üzvlüyü üçün müraciət etdiyini açıqlayıb. Prezident həmçinin qeyd edib ki, Putin Rusiya rəhbəri olduğu müddətdə iki ölkə arasında diplomatik danışıqlar olmayacaq.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri Ukrayna ərazisini azad etmək əməliyyatlarını davam etdirir. Xarkov və Xerson vilayətlərində irəliləyiş əldə edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş