“Biz hər zaman Qərb tərəfdaşlarımızın gərginliyi azaltmaq üçün təkliflərini dinləməyə hazırıq”
Rusiyanın xarici işlər naziri Lavrov deyib ki, Putin hələ də Ukrayna ilə bağlı danışıqlara hazırdır
Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə bağlı danışıqlara hazırdır. AYNA “Lenta.ru”ya istinadən bildirir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Rusiyanın, o cümlədən Prezident Putinin Ukrayna üzrə danışıqlara hazırlığı dəyişməz olaraq qalır. Biz hər zaman Qərb tərəfdaşlarımızın gərginliyi azaltmaq üçün təkliflərini dinləməyə hazırıq”, - deyə Rusiyanın xarici işlər naziri deyib.
Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov Putinlə ABŞ lideri Co Bayden arasında danışıqlar üçün yeni platforma təklif edib. O bildirib ki, prezidentlər arasında danışıqlar yalnız ABŞ-ın Rusiyanı eşitmək istəməsi şərti ilə baş tuta bilər.