Putin və Paşinyan Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin inkişafını müzakirə edəcəklər
Rusiya Prezidenti Vladimir Putin 1 apreldə Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edəcək. AYNA.AZ xəbər verir ki, bu barədə Kremlin yaydığı məlumatda qeyd olunub.
"1 aprel 2026-cı ildə Rusiya Prezidenti Vladimir Putin ilə Moskvada işgüzar səfərdə olacaq Ermənistanın Baş naziri Nikol Paşinyan arasında danışıqlar keçiriləcək", - deyə vurğulanıb.
Tərəflər ikitərəfli münasibətləri, o cümlədən mövcud vəziyyəti, perspektivləri, tərəfdaşlıq və müttəfiqlik, Avrasiyadakı qarşılıqlı əlaqələri müzakirə edəcəklər.
Putin və Paşinyan həmçinin Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin inkişafını müzakirə edəcəklər.