“Kursk bilayətinin sərhəd bölgəsində vəziyyət ağır olaraq qalır”
“Ərazilər düşməndən azad edildikdən sonra da Kursk vilayətinin sərhədyanı rayonlarında vəziyyət ağır olaraq qalır”. AYNA.AZ “RİA Novosti”yə istinadən bildirir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
“Bu sərhədyanı rayonlar düşməndən azad edildikdən sonra da orada vəziyyət ağır olaraq qalır”, - deyə Putin regionun bələdiyyə rəhbərləri ilə görüşündə bildirib.
Qeyd edək ki, Putin Kursk vilayətinə səfər edib. Prezident region Ukrayna qüvvələrinin ərazilərdən çıxarılmasından sonra ilk dəfədir ki, səfər edib.
Regional hakimiyyət orqanları ilə söhbət zamanı Putin Kursk vilayətində minalardan təmizləmə qrupunun artırılmasına göstəriş verib.