“Düşünürəm ki, Ermənistanla KTMT arasında mövcud vəziyyəti çox güman ki, onun daxili siyasi vəziyyəti diktə edir”
“KTMT Qarabağda Ermənistanın tərəfindən döyüşməməli idi. Çünki bu Ermənistana qarşı xarici təcavüz deyildi”. AYNA TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin bu gün Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının liderlərinin sammitində deyib.
Rusiya Prezidenti Ermənistanın KTMT-yə tam şəkildə qayıdacağını söyləyiob. O qeyd edib ki, Ermənistan hələ KTMT-dən çıxdığını elan etməyib və təşkilatın sammitinin bütün sənədlərini dəstəkləyir.
“Düşünürəm ki, Ermənistanla KTMT arasında mövcud vəziyyəti çox güman ki, onun daxili siyasi vəziyyəti diktə edir”.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistan KTMT-də fəaliyyətini dondurduğunu bəyan edib. Rəsmi İrəvan KTMT-ni müharibə zamanı ona dəstək verməməkdə ittiham edir.