Erməni əsilli deputat qətnaməyə Nümayəndələr Palatasının 46 üzvündən dəstək imzası alıb
“Bu gün ermənilər ABŞ Konqresinin Nümayəndələr Palatasının müzakirəsinə Azərbaycan əleyhinə 1165 saylı qətnamə çıxarırlar”.
AYNA xəbər verir ki, bu sözləri Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADRH) rəhbəri Qubad İbadoğlu deyib.
Onun sözlərinə görə, bu işə ABŞ Konqresinin erməni qrupunun həmsədri Kaliforniyadan olan erməni əsilli deputat Karen Lorraine, Jackie Speier rəhbərlik edir: “Bu deputat “erməni soyqrımı” aktının sponsorlarından biri olub. Jackie Speier təqdim edəcəyi 1165 qətnaməyə Nümayəndələr Palatasının 46 üzvündən dəstək imzası alıb”.
İbadoğlu qeyd edib ki, müzakirənin nəticəsi ilə bağlı məlumat Bakı vaxtı ilə gecə saatlarınadək bilinəcək.