Putin Kadırova Suriya ilə bağlı tapşırıq verib

Dünya

19.12.2024 - 17:15

Həkimlər Klinikalar SEO Xidməti

Çeçenistan rəhbəri “Həyat Təhrir əş-Şam”ı Rusiya bazalarının saxlanmasına razı sala bilsə, mükafatlanacaq

Rusiya Prezidenti Vladimir Putin Çeçenistan lideri Ramzan Kadırovun Suriyada hakimiyyəti ələ keçirmiş “Həyat Təhrir əş-Şam” (HTŞ) qruplaşması ilə danışıqlarda vasitəçi olmasını təklif edib. Məlumatlara görə, Kadırov qruplaşmanı Rusiyanın Xmeymimdəki aviabazanı və Tartusdakı dəniz limanını saxlamağa inandıra bilsə, ölkənin ən böyük bazarı olan “Wildberries” üzərində nəzarət vəd edilib.

“The Moscow Times”in mənbəsi qeyd edib ki, Kadırovun paytaxta son səfəri zamanı bu mövzu üzbəüz müzakirə olunub və Çeçenistan rəhbəri “bu məsələdə Putindən tam dəstək alıb”.

“İndi Moskva təcili olaraq Suriya hərbi bazaları ilə məsələni həll etməlidir və Kadırov bacararsa, “Wildberries”i onun üçün əsirgəməyəcək”, - mənbə vurğulayıb.

Çeçenistan rəhbəri bazar ətrafında münaqişədən dəyən “mənəvi ziyanı” kompensasiya etmək üçün “bonus” olaraq sövdələşmənin benefisiarı hesab edilən Dağıstandan olan senator Süleyman Kərimovun qızıl hasilatı biznesindən də pay istəyib.

Putinin Çeçenistan rəhbəri ilə görüşünün rəsmi təsdiqi yoxdur. Kadırov öz kanalında yazıb ki, dekabrın 9-da Rusiya qəhrəmanlarının “Qızıl ulduz” medalı ilə təltif edilməsi mərasiminin iştirakçısı kimi Kremlə səfər edib. Lakin o, bir həftə Moskvada qalıb.

Putinlə sövdələşmə barədə məlumatları dolayısı ilə Kadırovun özünün fəaliyyəti də təsdiqləyir. O, artıq son bir həftədə üç dəfə Suriya məsələsi ilə bağlı səs-küylü bəyanatlar verib. Digər məsələlərlə yanaşı, o, HTŞ-nin Rusiyanın terror təşkilatları siyahısından çıxarılmasını və əlaqələr qurmaq və problemlərin həlli üçün təcili olaraq “iki ölkə arasında təmas qrupunun işini təşkil etməyi” təklif edib. Kadırov həmçinin Suriyanın “müxalif hakimiyyətini” Qərbə təslim olmamağa və Rusiya ilə “eskalasiya ssenarisinə imkan verməməyə” çağırıb. Kadırov yaraqlılara “ictimai asayişi qorumaq üçün” taxıldan tutmuş təhlükəsizlik qüvvələrinə qədər hər cür yardım təklif edən bəyanatlarından birini Putinin əlində Quran tutan fotoşəkili ilə təsvir edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş