Putin istefa verən Komarova ilə görüş keçirməyi planlaşdırmır

Dünya

30.05.2024 - 17:47

Həkimlər Klinikalar SEO Xidməti

Dmitri Peskov: “Yaxın günlərdə belə bir görüş olmayacaq”

Rusiya Prezidenti Vladimir Putinin mayın 30-da istefa verdiyini elan edən Xantı-Mansiysk Muxtar Dairəsinin qubernatoru Natalya Komarova ilə görüşü hələ ki, cədvəlinə daxil edilməyib. AYNA xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

“Yaxın günlərdə belə bir görüş olmayacaq”, - Kreml sözçüsü bildirib.

Qeyd edək ki, bu gün Natalya Komarova Xantı-Mansiysk Muxtar Dairəsinin qubernatoru postunu tərk etdiyini açıqlayıb. O, göstərilən etimada və dəstəyə görə Prezidentə təşəkkür edib, həmçinin Uqra sakinlərinə komanda işinə və vətənə məhəbbətinə görə minnətdarlığını bildirib.

Bundan sonra Prezident Putin Tümen meri Ruslan Xurauku Xantı-Mansiysk Muxtar Dairəsinə - Uqraya rəhbərlik etməyə dəvət edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş