Rusiya Prezidenti Hindistanın Baş nazirinə Ukraynadakı vəziyyət barədə məlumat verib
Hindistanda səfərdə olan Rusiya Prezidenti Vladimir Putin ölkənin Baş nazir Narendra Modi ilə görüşüb. AYNA.AZ rus mediasına istinadən bildirir ki, Putin Hindistanın Baş nazirinə Ukraynadakı vəziyyət barədə məlumat verib.
O bildirib ki, “Ukrayna münaqişəsinin mümkün sülh yolu ilə həllinə nail olmaq üçün ABŞ ilə birgə addımlar atılır”.
Modi öz növbəsində dünyada böyük dəyişikliklərin baş verdiyini vurğulayıb. O əlavə edib ki, Hindistan sülhün tezliklə bərqərar olmasına yönəlmiş bütün səyləri dəstəkləyir.
Bundan əlavə, danışıqlar zamanı Modi Putinə bildirib ki, Hindistan Ukrayna böhranında "neytral deyil, sülhün tərəfindədir".