Putin: “Hər şey Baş Qərargahın planlaşdırdığı kimi gedir”

Dünya

06.03.2022 - 12:16

Həkimlər Klinikalar SEO Xidməti

Rusiya Prezidenti Ukraynada apardıqları müharibənin gedişini yüksək qiymətləndirib

“Rusiya ordusu qarşısında duran bütün vəzifələri həll edəcək. Ukraynada əməliyyat Baş Qərargahın planlaşdırdığı plan və qrafikə uyğun olaraq davam edir”.

AYNA xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin aviaşirkətlərinin qadın uçuş heyətləri ilə görüşündə bildirib.

Putin qeyd edib ki, əməliyyatlar zamanı nə çağırışçılar, nə də ehtiyatdakı hərbçilərdən istifadə edilib: “Güman edirəm ki, ordumuz qarşısında duran bütün vəzifələri həll edəcək. Mən buna bir saniyə belə şübhə etmirəm. Bunu əməliyyatın bütün gedişatı göstərir ki, plana uyğun, qrafikə uyğun gedir. Hər şey Baş Qərargahın planlaşdırdığı kimi gedir”.

Qeyd edək ki, fevralın 24-dən etibarən Rusiya Silahlı Qüvvələri “xüsusi əməliyyat” adı altında Ukrayna ərazilərinə hücuma keçib. Ukrayna ordusu Rusiyanın hücumlarını dəf edə bilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş