Putin-Bayden görüşünə görə Cenevrə üzərində uçuşlar dayandırılıb

Dünya

15.06.2021 - 13:42

Həkimlər Klinikalar SEO Xidməti

Məhdudlaşdırma zonasına Fransanın sərhəd ərazilərinin bir hissəsi də daxil edilib

 

Rusiya Prezidenti Vladimir Putinlə və ABŞ Prezidenti Co Baydenin görüşü səbəbi ilə İsveçrə hava məkanında məhdudiyyətlər tətbiq edilib. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə İsveçrə Müdafiə, Əhalinin Qorunması və İdman Departamentinin nümayəndəsi Stefan Hofer bildirib.

 

Qeyd edilib ki, hökumət Cenevrədəki BMT qərargahının yaxınlığındakı Millətlər Meydanı üzərində 47 mil (75,64 km) radiusda hava nəzarətini gücləndirməyə qərar verib. Məhdudlaşdırma zonasına Fransanın sərhəd ərazilərinin bir hissəsi də daxil edilib.

 

Hoferin sözlərinə görə, məhdudiyyətlər 17 iyun saat 17: 00-a (yerli vaxtla) qədər qüvvədə olacaq. O ana qədər Cenevrə Kantonunun bütün ərazilərində pilotsuz uçan aparatlar qadağan edilib. Məhdudlaşdırıcı tədbirlər Cenevrə hava limanına ticarət uçuşlarına şamil olunmayıb.

 

Xatırladaq ki, Putin və Bayden arasındakı görüş 16 iyun tarixində Cenevrədə baş tutacaq. Ağ Ev liderlərin Ukrayna və Belarusdakı vəziyyəti müzakirə edəcəklərini açıqlayıb. Bundan əlavə, Vaşinqtonun silahlara nəzarət və insan hüquqlarına əməl olunması mövzusunu müzakirə etmək istədiyi bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş