Prokurorluq Saatlıdakı qətllə bağlı məlumat yayıb

Xəbərlər

23.03.2026 - 23:05

Qəsdən adamöldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Martın 22-də Saatlı rayonu Fətəlikənd kənd sakini 1976-cı il təvəllüdlü Rövşən Abdullayevin ölməsi barədə Saatlı Rayon Prokurorluğuna məlumat daxil olub.

Rayon Prokurorluğundan AYNA.AZ-a verilən məlumata görə, ilkin araşdırmalarla 1977-ci il təvəllüdlü Rizvan Söhbətovun Rövşən Abdullayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Saatlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, R.Söhbətov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş