Prezidentin köməkçisi: “Vaksinasiya məcburi deyil”

Xəbərlər

20.08.2021 - 13:25

“Həkimlərin bilavasitə “qırmızı zona”da olmasına görə orada icbarilik var”

 

“Vaksinasiya məcburi deyil. Operativ Qərargah tərəfindən vaksinasiyanın icbari olması barədə məsələ qoyulmayıb”. AYNA-nın APA-ya istinadən məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyanın İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

 

O bildirib ki, bununla yanaşı, bir çox sahədə icbarilik var: “Məsələn, həkimlərin bilavasitə “qırmızı zona”da olmasına görə orada icbarilik var. Amma ümumi icbarilik nəzərdə tutulmayıb”.

Müəllif: Ayna.az