Prezidentin köməkçisi: "Şuşa diplomatik mərkəz rolunda çıxış edir"

Xəbərlər

18.03.2022 - 13:52

Həkimlər Klinikalar SEO Xidməti

Hikmət Hacıyev: "Bunun böyük siyasi, diplomatik, eyni zamanda, rəmzi mənası var”

Azərbaycan ilə BMT arasındakı münasibətlərin 30 illiyi, BMT-Azərbaycan tərəfdaşlığı ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərində qeyd edilir. Azərbaycan 1992-ci ilin martında BMT-yə üzv olub və 2 aydan sonra Şuşa Ermənistan tərəfindən işğal olunub. Bu dövr ərzində işğal altında olan Şuşa şəhəri dağıdılıb, viran edilib.

AYNA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə nəticəsində digər şəhərlərimiz, digər ərazilərimiz kimi, Şuşa da azad edildi: "Bu gün Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olmaqla bərabər, qarşıdan gələn dövr ərzində BMT-Azərbaycan münasibətlərinin müzakirə olunduğu diplomatik mərkəz rolunda çıxış edir. Bunun böyük siyasi, diplomatik, eyni zamanda, rəmzi mənası var”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş