Prezidentdən yeni müjdə: <font color=red> Zəngilan işğaldan azad olunub </font>

Xəbərlər

20.10.2020 - 15:15

Zəngilanın, Füzulinin, Cəbrayılın və Xocavəndin də bir neçə kəndi azad edilib

 

Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində bəzi ərazilər işğaldan azad edilib.

 

AYNA xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bu gün xalqa müraciətində Zəngilan şəhərinin və daha bir neçə kəndin erməni işğalından azad olunduğunu bəyan edib.

 

Bununla yanaşı, Füzulinin, Cəbrayılın və Xocavəndin də bir neçə kəndi azad edilib.

Müəllif: Ayna.az