Prezidentdən xalqa müraciət: “Biz böyük qayıdışın astanasındayıq”

Xəbərlər

20.10.2020 - 14:50

Azərbaycan Prezidenti İlham Əliyev hazırda xalqa müraciət edir. AYNA-nın xəbərinə görə, Prezidentin müraciəti Azərbaycan Televiziyasında (AzTV) yayımlanır. Ölkə başçısı Dağlıq Qarabağın işğaldan azad edilməsi əməliyyatlarından danışır.

 

Prezident qeyd edib ki, öz doğma dədə-baba torpaqlarını görməyən, işğaldan sonra dünyaya gələn hər bir azərbaycanlı bu torpaqlara qayıtmağı arzu edir: “Gənclərimiz öz dədə-baba torpaqlarına qayıdıb, oraya yeni həyat gətirəcəklər. Mənfur düşmənin dağıtdığı mədəniyyətimizi, məscidlərimizi, yaşayış binalarımızı bərpa edəcəyik”.

 

“Cocuq Mərcanlıya qayıdış zamanı mən xalqımızın vətən sevgisini gördüm. Gün gələcək, Cocuq Mərcanlı kimi bütün kəndlərimizi, şəhərlərimizi bərpa edəcəyik. Biz böyük qayıdışın astanasındayıq. Azərbaycan dövləti xalqın əmin-amanlıq şəraitində yaşaması üçün əlindən gələni edəcək”, - deyə Prezident İlham Əliyev qeyd edib.

Müəllif: Ayna.az