İlham Əliyev Elman Abdullayevi səfir vəzifəsindən geri çağırıb, UNESCO yanında daimi nümayəndə təyin edib
Prezident İlham Əliyev səfir Elman Telman oğlu Abdullayevlə bağlı Sərəncam imzalayıb.
AYNA-nın Prezidentin rəsmi saytına istinadən xəbərinə görə, Sərəncama əsasən Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında, Keniya Respublikasında, Cibuti Respublikasında və Ruanda Respublikasında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda, Azərbaycan Respublikasının Afrika İttifaqı yanında və BMT-nin Nayrobi şəhərindəki bölməsində daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Prezidentin digər Sərəncamı ilə Elman Telman oğlu Abdullayev Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi təyin edilib.