Prezidentdən Kəlbəcərlə bağlı daha bir sərəncam

Xəbərlər

22.06.2021 - 14:38

Həkimlər Klinikalar SEO Xidməti

Dövlət başçısı sərəncam imzalayıb

 

Prezident İlham Əliyev Kəlbəcər rayonu ərazisində dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinin elektrik enerjisi ilə təchizatı haqqında sərəncam imzalayıb.

 

AYNA-nın məlumatına görə, sərəncama əsasən Kəlbəcər rayonu ərazisində dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinin etibarlı və dayanıqlı elektrik enerjisi ilə təchizatı məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə 24 milyon 500 min manat ayrılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş