Prezidentdən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” barədə <font color=red> SƏRƏNCAM</font>

Xəbərlər

22.02.2021 - 14:32

Həkimlər Klinikalar SEO Xidməti

İlham Əliyev Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb

 

Prezident İlham Əliyev “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

 

AYNA Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Sərəncamda deyilir:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:

 

Müşahidə Şurasının sədri

 

Xalid Əhədov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

 

Müşahidə Şurasının üzvləri

 

Rəhman Hümmətov – Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

 

Xəyyam Məmmədov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş