İlham Əliyev Baş nazirin sabiq müavinini təltif edib
İsmət Dursun oğlu Abasov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
AYNA xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, İ.Abasov Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə təltif olunub.
Qeyd edək ki, İ.Abasov Baş nazirin sabiq müavini və kənd təsərrüfatı naziri olub.