İlham Əliyev açılış və təməlqoyma mərasimlərində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də “Azərişıq” ASC-nin Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib.
AYNA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidmətindən bildirilib.
Həmçinin Prezident Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksinin tikintisi ilə tanış olub, Zəngilan şəhərində beşinci və altıncı yaşayış komplekslərinin təməllərini qoyub, Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub, Zəngilan rayonunda “Azərenerji” ASC-nin “Sarıqışlar” Su Elektrik Stansiyasının açılışında iştirak edib.