Prezident yol tikintisinə vəsait ayırıb

Xəbərlər

09.07.2021 - 15:19

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,2 milyon manat ayrılıb

 

Prezident İlham Əliyev Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

 

AYNA xəbər verir ki, Sərəncama əsasən, Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 6,2 milyon (altı milyon iki yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

 

Maliyyə Nazirliyi sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş