Prezident yeni ədliyyə naziri təyin edib

Xəbərlər

27.02.2024 - 13:08

Həkimlər Klinikalar SEO Xidməti

İlham Əliyev Fərid Əhmədovu nazir təyin edib

Prezident İlham Əliyev yeni ədliyyə naziri təyin edib.

AYNA xəbər verir ki, Prezident Fərid Turab oğlu Əhmədovun Azərbaycan ədliyyə naziri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Qeyd edək ki, Fərid Əhmədov 1979-cu ildə Bakı şəhərində anadan olub.

2000-ci ildə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsilini bitirib. 2002-ci ildə Beynəlxalq hüquq üzrə magistr təhsilini, 2003-cü ildə “Chevening” təqaüdçüsü olaraq İngiltərənin Esseks Universitetində beynəlxalq insan hüquqları ixtisası üzrə magistr dərəcəsi alıb.

2009-cu ildə doktorantura pilləsi üzrə təhsilini almaq məqsədilə İngiltərənin Oksford Universitetinə “Weidenfeld” təqaüdçüsü olaraq daxil olub. 2016-cı ildə Oksford Universitetinin hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

Karyerasına 2006-2007-ci illərdə Milli Məclis Aparatının İnzibati və Hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində başlayıb. Daha sonra 2015-2017-ci illərdə “Azərbaycan” Universitetinin rektoru olub, 2017-2020-ci illərdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də baş direktorun müavini vəzifəsində çalışıb.

2021-ci ildə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müşaviri təyin edilib. 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 may tarixli Sərəncamı ilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş