İlham Əliyev və Mehriban Əliyeva ulu öndərin məzarını ziyarət ediblər
Fevralın 14-də andiçmə mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, birinci xanım Mehriban Əliyeva Fəxri xiyabana gəlib müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad ediblər.
AYNA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, Prezident və Birinci vitse-prezident ulu öndərin məzarı önünə gül dəstələri qoyublar.
Sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib, üzərinə gül dəstələri qoyublar.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarının üstünə də gül dəstələri düzülüb.