İham Əliyev və Mehriban Əliyeva Gəncədə inşa edilən yaşayış kompleksinin tikintisi ilə tanış olublar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iyunun 24-də Gəncə şəhərinə səfər ediblər. AYNA xəbər verir ki, dövlət başçısı və Birinci vitse-prezident ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.
Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Gəncə şəhəri ərazisində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilən yaşayış kompleksinin tikintisi ilə tanış olublar. Dövlət başçısına və Birinci vitse-prezidentə tikinti işlərinin gedişi barədə məlumat verilib.