Memorandum 2020-ci il dekabrın 10-da Bakı şəhərində imzalanıb
Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.
AYNA xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, memorandum 2020-ci il dekabrın 10-da Bakı şəhərində imzalanıb.