“Prezident seçiləndə ərazi bütövlüyünü qoruyacağıma and içmişdim”

Siyasət

10.12.2020 - 14:32

Həkimlər Klinikalar SEO Xidməti

İlham Əliyev: “Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi”

 

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu gün Bakının Azadlıq meydanında keçirilən Zəfər paradında çıxış edib. AYNA-nın xəbərinə görə, Prezident deyib ki, bu gün tarixi bir gündür: “Bu gün Azadlıq meydanında Zəfər paradı” keçirilir. Bu gün mənim dəvətimlə paradda Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edir, bundan şadam. Eyni zamanda, Türkiyədən gəlmiş böyük nümayəndə heyəti və türk əsgər və zabitləri iştirak edir. Bu, bir daha bizim birliyimizi, bizim dostluğumuzu, qardaşlığımızı göstərir”.

 

 “Vətən Müharibəsinin ilk günlərindən, daha doğrusu ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi: “Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır! Demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir və bu gün biz birlikdə “Zəfər paradı”nda iştirak edərkən bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda bütün dünyaya göstəririk”, - deyə Prezident vurğulayıb.

 

Ali Baş Komandan qeyd edib ki, 44 gün ərzində Azərbaycan parlaq qələbə qazanaraq, Ermənistanı məğlub etdi: “İşğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi. Hər gün yeni kəndlər, şəhərlər, qəsəbələr, yüksəkliklər azad edilirdi: “Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun. Tarixi ədalət zəfər çalsın və buna nail olduq. Ermənistan bizimlə rəqabət apara bilmədi. Mən son 17 il ərzində dəfələrlə demişdim ki, Ermənistan öz xoşu ilə torpaqlarımızdan öz işğalçı qüvvələrini çıxarmasa, biz hərbi yollarla bu məsələni həll edəcəyik. 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə Konstitusiyaya və müqəddəs Qurana əl basıb and içdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş