Prezident Laçına qayıdış anonsu verdi: “Laçınlı bu il öz doğma diyarına qayıdacaqlar”

Cəmiyyət

28.03.2023 - 15:33

İlham Əliyev: “Minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq”

“Laçın şəhərinin yenidən qurulması keçən ilin avqustun 26-dan bu yana icra edilir. Birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur”.

AYNA xəbər verir ki, bunu Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.

Çoxmərtəbəli səkkiz yaşayış binasının yenidən qurulduğunu, 30-dan çox ictimai binanın inşa edildiyini vurğulayan dövlətimizin başçısı bildirib ki, bütün bu işlər ilin sonuna qədər başa çatdırmalıdır: “Minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar”.

Müəllif: Ayna.az