Görüntünü Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında paylaşıb
Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə səfəri zamanı üçrəngli Azərbaycan bayrağını qaldırıb.
AYNA xəbər verir ki, bunu əks etdirən görüntünü Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında paylaşıb.
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar.