Prezident İlham Əliyev Yaponiyanın İmperatorunu təbrik edib

Siyasət

23.02.2025 - 11:53

Həkimlər Klinikalar SEO Xidməti

Prezident: "Yaponiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yaponiyanın İmperatorunu təbrik edib.

AYNA təbrik məktubunu təqdim edir:

“Yaponiyanın milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Yaponiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş