Prezident İlham Əliyev xalqa növbəti dəfə müraciət edib

Xəbərlər

26.10.2020 - 12:22

cedabet dərman SEO Xidməti

Ölkə başçısı ordumuzun əməliyyatları barədə son məlumatları çatdırıb

 

Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edir. AYNA-nın xəbərinə görə, ölkə başçısının xalqa müraciəti Azərbaycan Televiziyası (AzTV) vasitəsilə yayımlanıb.

 

Prezident müraciətində xalqa ərazilərimizin işğalçılardan azad edilməsi istiqamətində ordumuzun əməliyyatları, siyasi situasiya barədə son məlumatları çatdırır.

 

“Bir aya yaxındır ki, İkinci Qarabağ Müharibəsi davam edir. Bu müharibə xalqımız üçün Vətən Müharibəsidir. Biz Vətən torpaqlarını işğalçılardan azad edirik. Bu müddət ərzində şanlı Azərbaycan Ordusu bir çox yaşayış məntəqəsini düşməndən azad edib. Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik. Çünki Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb və qurub. Qarabağ tarixini biz yaxşı bilirik”, - deyə ölkə başçısı bildirib.

 

Qeyd edək ki, bundan əvvəl Prezident bir neçə dəfə xalqa müraciət ünvanlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş